• 12.12.2019

Tbilisidə Wi-Fi-lı yeni avtobuslar xəttə buraxılacaq – FOTO

 Tbilisidə Wi-Fi-lı yeni avtobuslar xəttə buraxılacaq – FOTO

Tbilisi meriyası 54 ədəd ISUZU və MAN markalı yeni avtobuslar alıb.

NewsBureau xəbər verir ki, avtobuslar mərhələli şəkildə xəttə buraxılacaqlar.

Yeni avtobusların 38-i 8 metrlik ISUZU, 16-sı isə 10 metrlik MAN markalıdır. Hər iki markadan olan avtobuslar dizel yanacağı ilə işləyir və fiziki imkanları məhdud şəxslər üçün adoptasiya edilib.  

ISUZU avtobusları 53, MAN avtobusları isə 82 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar Wi-Fi, müasir istilik, kondisioner və ventilyasiya sistemi, həmçinin videomüşahidə kameraları və USB yuvacıqları ilə təchiz olunub.

Tbilisi meriyasından bildirilib ki, yeni avtobusların alınması və sarı avtobusların yeniləri ilə əvəzlənməsi prosesi sürətli templərlə davam etdirilir və 2020-ci ilin sonunda başa çatdırılacaq.

Oxşar xəbərlər