• 12.12.2019

Azərbaycan tərəfi gürcü balıqçıların axtarışlarına yenidən cəlb olunub – YENİLƏNİB

 Azərbaycan tərəfi gürcü balıqçıların axtarışlarına yenidən cəlb olunub  – YENİLƏNİB

Qardabani rayonunda, Candargöldə itkin düşən balıqçıların axtarışlarına Azərbaycan tərəfi yenidən cəlb olunub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Azərbaycan tərəfdə axtarışlar gölün ölkə ərazisindəki hissəsində aparılır. Axtarışlarda xilasedicilər və sərhədçilər də iştirak edirlər. Azərbaycan ərazisində helikopterlə də axtarış davam etdirilir.  

Gölün Gürcüstan hissəsində də axtarışlar bərpa olunub. Əməliyyata helikopterlə yanaşı, dronlar və dalğıclar da cəlb edilib.

Hər iki ölkənin xilasetmə xidmətləri mövcud resurslardan istifadə etməklə koordinasiya edilmiş iş aparmaqda davam edirlər.

*****09:30

Qardabani rayonunda, Candargöldə ötən gün günorta saatlarında itkin düşən iki balıqçının axtarışları çətin hava şəraitinə baxmayaraq gecə ərzində davam etdirilib.

NewsBureau verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatında bildirilib.

Xidmət rəhbəri Temur Mqebrişvili və müavini Levan Varsiaşvili hadisə yerinə baş çəkərək axtarış işləri ilə yerində tanış olublar.

Məlumatda qeyd olunub ki, ötən gün ərzində axtarışlara Gürcüstan Sərhəd Polisinin helikopteri ilə yanaşı Azərbaycan tərəfdən də helikopter cəlb olunub. Azərbaycan helikopteri axtarışları gölün ölkə ərazisindəki hissəsində aparıb.

Oxşar xəbərlər