• 12.12.2019

Gürcüstanda altı doğum evi cərimələnib

 Gürcüstanda altı doğum evi cərimələnib

Gürcüstanda altı doğum evi qeysəriyyə əməliyyatlarının sayının artmasına görə, ümumilikdə, 600 min lari (200 min dollardan çox) məbləğdə cərimələnib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

2017-ci ilin martın 1-dən etibarən ölkədəki doğum evləri üçün məhdudiyyətlər tətbiq olunur. İl ərzində doğum evlərində qeysəriyyə əməliyyatları qəbul olunan doğuşların ümumi sayının yalnız 40%-ni təşkil etməlidir. Bu göstəriciyə riayət etməyən xəstəxanalar cərimələnir.

Gürcüstanda qeysəriyyə əməliyyatlarının sayı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsini üç dəfə üstələyir. Ən yüksək göstərici Sameqrelo-Zemo Svaneti (51%), İmereti (41%), Acarıstan (40%), Kaxeti bölgələri (38,5%) və Tbilisidə (37,5%) qeydə alınıb.

2018-ci ildə ölkədə qeysəriyyə əməliyyatlarının sayı illik müqayisədə 3% azalaraq 41,6% təşkil edib.

Oxşar xəbərlər