• 13.12.2019

Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 8,1% artıb

 Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 8,1% artıb

Ötən ay Gürcüstana 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 12% artıb. Turist səfərlərinin sayı isə 338 831 təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur.

Noyabr ayında Gürcüstan Rusiyadan 82 029 ziyarətçi qəbul edib. Rusiyalı turistlərin sayında illik müqayisədə 10,9% azalma qeydə alınıb.

Hesabat ayında Gürcüstana Ermənistandan səfər edənlərin sayı 18,1%, Azərbaycandan səfər edənlərin sayı 8,1%, Türkiyədən səfər edənlərin sayı isə 25,3% artıb.

Yanvar-noyabr aylarında isə Gürcüstan, ümumilikdə, 8 690 352 beynəxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,2% çoxdur. 

Mənbə: Report

Oxşar xəbərlər