• 12.12.2019

Azərbaycanda xaricdə yaşayan soydaşlar haqqında qanun layihəsi hazırlanır

 Azərbaycanda xaricdə yaşayan soydaşlar haqqında qanun layihəsi hazırlanır

Azərbaycanda “Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan gözləyir: “Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.

R.Hüseynov əlavə edib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq.

Oxşar xəbərlər