• 12.12.2019

Azərbaycan helikopteri Qardabanidə balıqçıların axtarışına cəlb olunub -YENİLƏNİB

 Azərbaycan helikopteri Qardabanidə balıqçıların axtarışına cəlb olunub -YENİLƏNİB

Qardabanidə, Candargöldə itkin düşən iki balıqçının axtarışları davam etdirilir.

NewsBureau xəbər verir ki, axtarış-xilasetmə tədbirlərinə Azərbaycan tərəfindən helikopter də cəlb olunub.

*****15:50

Qardabanidə, Candargöldə itkin düşən balıqçıların axtarışlarına Sərhəd Polisinin helikopteri cəlb olunub.

NewsBureau xəbər veir ki, axtarış-xilasetmə işlərində 20-yə yaxın xilasedici iştirak edir.

Qohumları balıqçıların gölün Azərbaycan hissəsində olduğunu ehtimal edirlər.

*****13:30

Qardabani rayonundakı Candargöldə iki balıqçı itkin düşüb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Bildirilib ki, güclü külək balıqçıların olduğu qayığı aşırıb və onlar köməksiz vəziyyətdə qalıblar.  

Balıqçıların axtarışları üzrə xilasetmə işləri aparılır. Axtarış-xilasetmə işlərinə helikopter cəlb oluna bilər.

Oxşar xəbərlər