• 12.12.2019

Gürcüstanda qış necə keçəcək?

 Gürcüstanda qış necə keçəcək?

2019-2020-ci il qış mövsümü ilə bağlı proqnoza əsasən, Gürcüstan ərazisində havanın orta temperaturu orta çoxillik temperaturdan bir dərəcə yüksək olacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit Agentliyi məlumat yayıb.

Yağıntıların miqdarının orta çoxillik temperatur çərçivəsində olacağı proqnoz edilir.

Qış mövsümündə ölkənin düzənlik hissələrində temperatur norması +5, +7, dağlarda 0, +2, yüksək dağlıq ərazilərdə -4, -2 dərəcə təşkil edəcək.

Gürcüstanın şərqində temperatur 0, +2, dağlarda -2, 0, yüksək dağlıqlarda isə -5, -3 dərəcəyə bərabər olacaq.  

Oxşar xəbərlər