• 12.12.2019

Gürcüstan vətəndaşı Bakıda avtomobillə qadın piyadanı vurub

 Gürcüstan vətəndaşı Bakıda avtomobillə qadın piyadanı vurub

Bakıda avtomobillə qadını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Kərimova vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.

Oxşar xəbərlər