• 12.12.2019

Almaniyada Gürcüstan üçün 30 yeni yanğınsöndürən maşın hazırlanıb – FOTO

 Almaniyada Gürcüstan üçün 30 yeni yanğınsöndürən maşın hazırlanıb – FOTO

Almaniyada Gürcüstanın Yanğınsöndürmə-Xilasetmə Xidməti üçün xüsusi olaraq 30 yeni yanğınsöndürən maşın istehsal olunub.

NewsBureau xəbər verir ki, “Magirus” şirkətinin zavodunda maşınların istehsalı artıq başa çatdırılıb.

Yanğın texnikası manevrliyi, yüksək keçiciliyi və mobilliyi ilə seçilir.

Maşınlar 4,5 ton su və 300 litrlik köpük bakına malikdir.

Yeni texnika Almaniyada artıq testdən keçirilib və ilin sonuna qədər Gürcüstana çatdırılacaq. Maşınlardan ölkənin müxtəlif şəhər və bölgələrində istifadə olunacaq.

Oxşar xəbərlər