• 12.12.2019

Azərbaycan Tbilisidə xeyriyyə yarmarkasında iştirak edib – FOTO

 Azərbaycan Tbilisidə xeyriyyə yarmarkasında iştirak edib – FOTO

Bu gün Tbilisidə ənənəvi qış xeyriyyə yarmarkası keçirilib.

NewsBureau xəbər verir ki, 20-ci yarmarkanı Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyası təşkil edib.

Sərgi-satışda 30-a yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri təmsil olunublar. Azərbaycanın Gürcüstandakı səfirliyi də iştirakçı ölkələr arasında olub.

Azərbaycana aid olan bir guşədə yarmarka ziyarətçilərinə milli suverinlər, “Made in Azerbaijan” brendli çay və qida məhsulları, digər məkanda isə ölkənin milli mətbəx, şirniyyat nümunələri və çay təqdim olunub.  

Satış-sərgidə Azərbaycan guşəsinə baş çəkən Tbilisi sakinləri və əcnəbi qonaqlar Azərbaycana aid suvenir, milli şirniyyat və qida məhsullarına böyük maraq göstəriblər.

Yarmarkadan toplanan vəsait Gürcüstanda uşaq, qadın və ahıl insanlar üçün reallaşdırılacaq sosial layihələrə xərclənəcək.

Oxşar xəbərlər