• 12.12.2019

Tbilisidə rus dili və mədəniyyəti mərkəzi açılır?

 Tbilisidə rus dili və mədəniyyəti mərkəzi açılır?

Bu ilin dekabr ayının sonunda Tbilisidə rus dili və mədəniyyəti mərkəzi açılacaq.

NewsBureau xəbər verir ki, bu barədə rusiyalı diplomat Qriqori Karasin bildirib.

Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze mərkəzin açılması ilə bağlı yayılan xəbərləri şərh edib. Onun sözlərinə görə, Tbilisidə Rusiya viza mərkəzində ödənişli rus dili kursları fəaliyyət göstərəcək.

Z.Abaşidze deyib ki, rus dili və mədəniyyəti mərkəzi haqqında Q.Karasindən əlavə heç bir informasiya daxil olmayıb.

Qeyd edə k ki, ötən gün Z.Abaşidze və Q.Karasin arasında Praqada 23-cü görüş keçirilib.

Tbilisidə Rusiya viza mərkəzi ötən ilin avqustundan etibarən fəaliyyət göstərir. Rusiyaya viza almaq istəyən vətəndaşlar sənədləri həmin mərkəzə təqdim edirlər. Onlar viza alınması ilə bağlı yekun qərarı İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiyanın maraqları şöbəsindən əldə edirlər.

Oxşar xəbərlər