• 12.12.2019

Gürcüstana gələn avropalı turistlər Azərbaycana cəlb olunacaq

 Gürcüstana gələn avropalı turistlər Azərbaycana cəlb olunacaq

Azərbaycanın Dövlət Turizm Agentliyi Gürcüstana gələn avropalı turistlərin ölkəni də ziyarət etməsi üçün iş aparır.

NewsBureau xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində qurumun aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Həmin xarici turistlərin azı Balakən və Şəkiyə səfərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılır”, – deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 4-dən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik şəhərin Rustaveli prospekti, 16 ünvanında “Azerbaijan. Travel showroom” adı ilə hər gün saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edir.

Mənbə: Report

Oxşar xəbərlər