• 25.11.2020

Tbilisidə mikroavtobuslar yeniləri ilə əvəzlənəcək

 Tbilisidə mikroavtobuslar yeniləri ilə əvəzlənəcək

“2020-ci il üçün Tbilisidə bütün köhnə mikroavtobusların yenilənməsi ilə bağlı plan hazırlamaq lazımdır”.

NewsBureau xəbər verir ki, bu barədə mer Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

O, müavini və mikrovatobuslara sahib özəl şirkətə nəqliyyat vasitələrinin yenilənməsi üzrə planın hazırlanması üçün iki həftəlik vaxt verib: “Paytaxt meri kimi mənim üçün bu cür mikroavtobusları görmək qəbuledilməzdir. Avtomobillər yararsız hala düşüb, bundan başqa onlar atmosferi çirkləndirən mənbəyə çevriliblər”.

Digər xəbərlər