• 25.11.2020

Gürcüstanda atışma: iki polis əməkdaşı bir-birini öldürüb

 Gürcüstanda atışma: iki polis əməkdaşı bir-birini öldürüb

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində iki polis əməkdaşı arasında atışma olub.

NewsBureau xəbər verir ki, silahlı qarşıdurma nəticəsində onların hər ikisi ölümcül yaralanıb.

Polis əməkdaşlarını ayırmağa cəhd edən 48 yaşlı kişi isə yaralanıb. O, ağır vəziyyətdə xəstəxənaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə polis əməkdaşları mübahisə, sonra isə dava ediblər. Onların Lacana kəndində İctimai mərkəzin təhlükəsizliyinə nəzarət etdikləri bildirilir.

Digər xəbərlər