• 13.12.2019

Gürcüstana səfər edənlərin 20%-i Azərbaycan vətəndaşlarıdır

 Gürcüstana səfər edənlərin 20%-i Azərbaycan vətəndaşlarıdır

Bu ilin III rübündə Gürcüstana səfər edən beynəlxalq qeyri-rezident ziyarətçilərin sayı 3,4 milyon nəfər təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən əcnəbilərin sayı 4,6% artıb.

Hesabat dövründə Gürcüstana gedən əcnəbilərin arasında 413,8 min nəfərələ Rusiya birinci yeri tutub. Rusiyalı turistlərin sayında illik müqayisədə 16,5% azalma qeydə alınıb. Onların Gürcüstana səfər edən əcnəbilər arasında payı 18,8% təşkil edib.

Səfərlərin böyük hissəsi 19,9% olmaqla Azərbaycan vətəndaşlarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə azərbaycanlı ziyarətçilərin sayı 10,6% artıb.

Gürcüstana yollananların 41,6%-i 31-50 yaş qrupuna daxil olan şəxslər olub, 67,3%-i isə bu ölkəyə turist səfəri edib.

Mənbə: Report

Oxşar xəbərlər