• 17.11.2019

Tbilisidə “Azərbaycan bayrağı” aksiyası keçirilib – FOTO

 Tbilisidə “Azərbaycan bayrağı” aksiyası keçirilib – FOTO

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edib.

NewsBureau xəbər verir ki, “Azərbaycan bayrağı” adlı aksiya çərçivəsində muzeyin rəssamlıq dərnəyinin şagirdləri olan azərbaycanlı və gürcü uşaqlar Azərbaycan bayrağına aid müxtəlif rəsmlər çəkiblər.

Muzeyin qarşısındakı parkda keçirilən aksiyanın sonunda uşaqlar böyük ölçüdə Azərbaycan bayrağını dalğalandırıblar.

Oxşar xəbərlər