• 17.11.2019

Tbilisinin Yeni il üçün bəzədilməsinə başlanılıb

 Tbilisinin Yeni il üçün bəzədilməsinə başlanılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Yeni il öncəsi hazırlıq işlərinə start verilib.

NewsBureau xəbər verir ki, şənbə gününə keçən gecə paytaxt küçələrində bayram illüminasiyaları quraşdırılacaq.

Bununla əlaqədar şəhər mərkəzində nəqliyyatın hərəkəti noyabrın 9-u saat 07:00-dək qismən məhdudlaşdırılacaq.

Tbilisinin Yeni il üçün bəzədilməsi üzrə işləri Tbilisi meriyası nəzdindəki “Tbilservice Group” şirkəti aparır.

Bu il meriya şəhərin yeni 2020-ci ilə hazırlanması işlərinə – şam ağacı, işıqlandırma və dekorasiyalara 2,8 mln. lari (940 min dollardan çox) vəsait ayırıb.

Oxşar xəbərlər