• 17.11.2019

Potidə xüsusi əməliyyat – məmurlar saxlanılıb

 Potidə xüsusi əməliyyat – məmurlar saxlanılıb

Poti şəhərində xüsusi əməliyyat keçirilib.

NewsBureau xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Poti Şəhər Şurasının sədri İrakli Kakulia və daha dörd şəxs saxlanılıb.

Saxlanılanlar dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinirlər.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxşar xəbərlər