• 17.11.2019

Gürcüstanda Türkiyə gəmisi 23 min dollar məbləğində cərimələnib

 Gürcüstanda Türkiyə gəmisi 23 min dollar məbləğində cərimələnib

Poti limanında Türkiyə bayrağı altında üzən gəmi Gürcüstanın ərazi sularını çirkləndirib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafiəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi təsərrüfat və nəcis tullantılarını dənizə buraxıb.

Poti şəhər məhkəməsinin qərarı ilə gəmi kapitanı 65 min lari (təxminən 22 min dollar) məbləğində cərimələnib. Bu məbləğə ətraf mühitə vurulan zərərə görə 5,3 min laridən çox cərimə (1,7 min dollardan çox) də əlavə olunub.

Gəmi cəriməni ödəyəndən sonra Gürcüstanın ərazi sularını tərk edə biləcək.

Oxşar xəbərlər