• 07.12.2019

Marneuli və Bolnisidə su və kanalizasiya sistemi qurulur – FOTO

 Marneuli və Bolnisidə su və kanalizasiya sistemi qurulur – FOTO

Marneuli və Bolnisi rayonlarının su təminatı və kanalizasiya sistemi ilə bağlı həyata keçirilən layihə üzrə işlər davam etdirilir.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik və aidiyyəti qurumların nümayəndələri bu gün aparılan işlərlə tanış olublar.

Bildirilib ki, tikinti işlərini Azərbaycanın “Akelik Group” şirkəti həyata keçirir.

Layihə üzrə işlər 2021-ci ilin yazında başa çatdırılacaq. Bundan sonra Marneuli və rayonun Tsereteli, Saimerlo, Böyük Beqlər, Kiçik Beqlər və Qızılhacılı kəndləri sabit su təminatı ilə təchiz olunacaqlar. Qurulacaq kanalizasiya sistemindən isə Marneuli, Bolnisi rayonları və Qızılhacılı kəndinin, ümumilikdə, 37 minə yaxın sakini istifadə edə biləcək.

Layihənin reallaşdırılmasına Asiya İnkişaf Bankı 150 mln. lari həcmində vəsait ayırıb.  

Oxşar xəbərlər