• 17.11.2019

Gürcüstan – 2020-ci ilin ən yaxşı yeni turist istiqaməti

 Gürcüstan – 2020-ci ilin ən yaxşı yeni turist istiqaməti

Gürcüstan 2020-ci ilin ən yaxşı yeni turist istiqaməti adına layiq görülüb.

NewsBureau xəbər verir ki, 30 istiqamətin yer aldığı reytinqi “Travel Lemming” veb portalı aparıcı bloqerlərin səsverməsi əsasında tərtib edib.

Qiymətləndirmədə qeyd olunub ki, Gürcüstan bəlkə də dünyada səyahətlərin ən böyük gizli mirvarisidir.  

Reytinqdə Gürcüstan kifayət qədər əlçatan turist istiqaməti adlandırılıb.

Müəlliflər səyahətçilərə apreldən oktyabra qədər Gürcüstana səfər etməyi tövsiyə ediblər. Ölkədə ən görməli yerlər kimi Uşquli kəndi, Kaxeti bölgəsi və Tbilisinin qədim hissəsi göstərilib.

Oxşar xəbərlər