• 07.12.2019

Ötən il 8000-dən çox Gürcüstan vətəndaşı Türkiyədə iş icazəsi alıb

 Ötən il 8000-dən çox Gürcüstan vətəndaşı Türkiyədə iş icazəsi alıb

2018-ci ildə Türkiyədə 2 603 Gürcüstan vətəndaşına ailəsinə qovuşmaq, 8 076-sına isə əmək fəaliyyəti ilə bağlı yaşayış icazəsi verilib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

2017-ci ildə Türkiyədə yaşayış icazəsi olan Gürcüstan vətəndaşlarının sayı isə 21 465 nəfər təşkil edib. İllik müqayisədə qonşu ölkədə bu sənədi alan Gürcüstan vətəndaşlarının sayında 18 511 nəfər artım qeydə alınıb.

Gürcüstan vətəndaşları Türkiyəyə ən çox iş və ailəsinə qovuşmaq məqsədilə üz tuturlar. Onların böyük əksəriyyəti qısamüddətli yaşayış izni alırlar.

Oxşar xəbərlər