• 17.11.2019

Gürcüstandan Rusiyaya mühacirət edənlər azalıb

 Gürcüstandan Rusiyaya mühacirət edənlər azalıb

2018-ci ildə Rusiyaya 6 345 nəfər Gürcüstan vətəndaşı mühacirət edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

Rusiyaya gedən ölkə vətəndaşlarının yalnız 4 314-ü geri dönüb.

2011-ci ildə Gürcüstandan Rusiyaya mühacirət edənlərin sayı isə 7 325 nəfər təşkil edib ki, onların da yalnız 416-sı vətənə qayıdıb.

Sənəddə qeyd olunub ki, Rusiya Gürcüstan vətəndaşlarının mühacirət etdiyi əsas ölkə olaraq qalır.

Hesabata əsasən, Rusiyada Gürcüstandan olan mühacirlərin sayı 450 min nəfər təşkil edir.  

Oxşar xəbərlər