• 17.11.2019

Gürcüstan və Azərbaycanda ingilis dilini necə bilirlər?

 Gürcüstan və Azərbaycanda ingilis dilini necə bilirlər?

Gürcüstan ingilis dili bilmə səviyyəsinə görə Avropada sondan üçüncü yeri tutub.

NewsBureau xəbər verir ki, bu barədə xarici dillərin tədrisi üzrə beynəlxalq “Education First” şirkətinin “İngilis dili bilmə indeksi” hesabatında bildirilib.  

İllik reytinqə dünyanın 100 ölkəsi daxil olub. Araşdırma çərçivəsində“Education First” şirkəti orta yaşı 23 olan 2,3 mln. insanı testdən keçirib.  

Müəyyən olunub ki, Avropada ingilis dilini çox aşağı səviyyədə (very low) Azərbaycan və Türkiyədə, aşağı səviyyədə (low) isə Gürcüstanda bilirlər. Ermənistan isə ümumiyyətlə reytinqə daxil olmayıb.

Qlobal miqyasda ingilis dili bilmə səviyyəsinə görə Gürcüstan 56, Azərbaycan isə 85-ci yerdə qərarlaşıb.

Oxşar xəbərlər