• 17.11.2019

Gürcüstanda 16 yaşlı qızı qaçıran üç gənc saxlanılıb

 Gürcüstanda 16 yaşlı qızı qaçıran üç gənc saxlanılıb

Acarıstanın Xulo rayonunda polis 2000-ci il təvəllüdlü üç şəxsi saxlayıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 2003-cü il təvəllüdlü yeniyetmə qızı qanunsuz olaraq azadlıqdan məhrum edərək onu maşınla Batumi-Axaltsixe avtomobil yolu ilə Tsalka istiqamətində aparıblar.

Hər üç gənc məhkəmənin qərarı əsasında saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilə qədər həbs gözləyir.

Oxşar xəbərlər