• 24.02.2020

Tbilisidə ödənişsiz gürcü dili kursları başlayır

 Tbilisidə ödənişsiz gürcü dili kursları başlayır

Tbilisidə milli azlıqlardan olan vətəndaşlar üçün ödənişsiz gürcü dili kurslarına start verilib.

Kurslar Marcanişvili küçəsi 24 ünvanında yerləşən Dostluq Evində keçiriləcək.

Gürcü dilini ödənişsiz öyrənmək istəyənlər şənbə və bazar günləri istisna olmaqla həftənin bütün günləri saat 11:00-dan 17:00-dək Dostluq Evinə müraciət edə bilərlər.

Müraciət edənlər şəxsiyyət vəsiqəsi və ya pasportun surətini təqdim etməlidirlər.

Digər xəbərlər