• 24.02.2020

Rima Beradze: “Qeyri-gürcü dilli əhali dövlət dilinə böyük maraq göstərir”

 Rima Beradze: “Qeyri-gürcü dilli əhali dövlət dilinə böyük maraq göstərir”

Tbilisi Sakrebulosunda Milli azlıqların işləri üzrə koordinasiya şurasının toplantısı keçirilib.

Majoritar deputat Rima Beradze bildirib ki, Gürcüstanda qeyri-gürcü dilli əhali dövlət dilinə böyük maraq göstərir. O, bunu sevincli hal adlandırıb.

R.Beradze qeyd edib ki, Tbilisidə milli azlıqlardan olan vətəndaşlar üçün gürcü dili kursu yeni formatda təşkil olunacaq və bu prosesə Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi cəlb olunub.

O, noyabrda qeyd olunacaq Tolerantlıq günü ilə bağlı planlaşdırılan tədbirlər barədə danışıb.

Deputat həmçinin oktybarın 5-i və 6-da keçiriləcək “Tbilisoba” bayramına müxtəlif icmaların cəlb olunmasının əhəmiyyətindən danışıb.

R.Beradze “Tbilisoba” bayramında yerli Azərbaycan və erməni rəqs ansambllarının çıxış edəcəklərini deyib.

Digər xəbərlər