• 24.02.2020

Azərbaycan vətəndaşı Gürcüstana alkoqollu içkiləri qanunsuz keçirməyə cəhd edib

 Azərbaycan vətəndaşı Gürcüstana alkoqollu içkiləri qanunsuz keçirməyə cəhd edib

Gürcüstanda Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşı Gürcüstana alqokollu içkiləri qanunsuz keçirməyə cəhd edib.

Onun idarə etdiyi mikroavtobusa baxış keçirilən zaman gömrük nəzarətindən gizlədilən və ümumi dəyəri 3 700 lari olan alkoqollu içkilər aşkar olunub.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər