• 24.02.2020

Tbilisinin sarı “marşrutka”ları yenilənəcək

 Tbilisinin sarı “marşrutka”ları yenilənəcək

Tbilisi meriyası şəhər avtoparkının yenilənməsi ilə bağlı “Tbilisi mikroavtobusu” şirkəti ilə danışıqlar aparır.

Bu barədə şəhər meri Kaxa Kaladze bildirib.

O deyib ki, Tbilisidə hərəkət edən mikroavtobuslar çox ağır vəziyyətdədir.

K.Kaladze qeyd edib ki, “Tbilisi mikroavtobusu” meriyaya Gürcüstanda mikroavtobusların yığılması üçün zavodun yaradılmasını təklif edib.

Qeyd edək ki, bu gün Tbilisi sakinləri və şəhərin qonaqlarına 1,8 min mikrovatobus xidmət göstərir. Gün ərzində paytaxt “marşrutka”larından 600 mindən çox sərnişin istifadə edir.

Digər xəbərlər