• 17.11.2019

Gürcüstanın peşə məktəblərinə imtahanı Azərbaycan dilində vermək mümkündür

 Gürcüstanın peşə məktəblərinə imtahanı Azərbaycan dilində vermək mümkündür

Bu gündən Gürcüstanda peşə təhsili almaq istəyənlərin qeydiyyatına start verilib.

Qeydiyyat prosesi oktyabrın 15-dək davam edəcək.

Gürcüstanın bütün bölgələrindən olan şəxslər arzu etdikləri peşə üzrə dövlət hesabına təhsil ala bilmək imkanı əldə edəcəklər.

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin qeydiyyatı həm yerli resurs mərkəzlərində, həm də www.vet.emis.ge saytında onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat zamanı bir istiqamət üzrə bir neçə proqram seçmək imkanı yaradılıb.

İmtahanlar test üsulu ilə keçiriləcək. Etnik azlıqlardan olan Gürcüstan vətəndaşları Azərbaycan, erməni və rus dillərində imtahan verə biləcəklər. Peşə təhsil müəssisəsinə qəbul olunan milli azlıqlara gürcü dili öyrədiləcək.

Bu il kənd təsərrüfatı, turizm, dəmir yolu nəqliyyatı və informasiya texnologiyaları üzrə peşə tədrisi proqramlarının sayı artırılıb. Bu prosesdə 50-dən çox özəl şirkət iştirak edir.

Mənbə: Report

Oxşar xəbərlər