• 24.02.2020

Şulaver kənd məktəbi bərpa olunub – FOTO

 Şulaver kənd məktəbi bərpa olunub – FOTO

Marneuli rayonunun Şulaver kəndində yerləşən Roman Zoidze adına 1 saylı ictimai məktəb tam bərpa edilib.

Layihə çərçivəsində binanın daxili hissəsi təmir olunub, qapı və döşəmələr dəyişdirilib və yeni elektrik sistemi quraşdırılıb.

Bərpa işlərinə 115 125 lari ayrılıb.

Marneuli meri Zaur Darğallı məktəbdə olub və yenilənmiş infrastrukturla tanış olub. O, məktəbin müəllim və şagirdlərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.

Digər xəbərlər