• 17.11.2019

Batumi meriyasının müsəlmanlara qarşı diskriminasiyası təsdiq olunub

 Batumi meriyasının müsəlmanlara qarşı diskriminasiyası təsdiq olunub

Batumi Şəhər Meriyasının müsəlman icmasına qarşı diskriminativ münasibəti təsdiq olunub.

Bu barədə Batumi Şəhər Məhkəməsinin qəbul etdiyi qərarda bildirilib.

Məhkəmə meriyanın məscidin inşasına icazə verilməməsi ilə bağlı qərarını ləğv edib.

Müsəlman icması məhkəmənin qəbul etdiyi qərardan razı qaldığını bildirib. İcma üzvləri deyiblər ki, məscidin inşası ilə bağlı hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.

Batumi meriyasının nümayəndələri məhkəmədə iştirak etməyiblər.

Qeyd edək ki, Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildə başlayıb. 2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadratmetrlik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib. Müsəlman icması meriyanın qərarını əsassız və diskriminativ hesab edib.

Oxşar xəbərlər