• 17.11.2019

Gürcüstan azərbaycanlıları ilə bağlı maraqlı STATİSTİKA

 Gürcüstan azərbaycanlıları ilə bağlı maraqlı STATİSTİKA

Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, etnik azərbaycanlıların sayı 233 min nəfər təşkil edir.  

Azərbaycanlılar ölkə əhalisinin 6,3%-ni təşkil edir. Onların 7,6%-i 65-79 yaş, 2,1%-i 80+ yaş qrupuna daxildir.

Azərbaycanlıların 14,8%-i 15-24 yaş qrupuna daxil olan şəxslərdir. Onların 97,6%-i eyni etnik qrupa mənsub şəxslərlə ailə qurur. Kişilər 24,7, qadınlar isə 18,6 yaşında evlənir.

Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinin əhalisi 433,2 min nəfər təşkil edir. Əhalinin 188,4 min nəfəri şəhər, 244,7 min nəfəri isə kənd yerlərində yaşayır. Regionda hər kvadrat metrə düşən əhali sıxlığı 67,3 nəfərdir.

2018-ci ildə regionda 2 666 nikah, 994 boşanma halı qeydə alınıb.

Oxşar xəbərlər