Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib

 Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib

17 Oktyabr, 2020 | 13:35

“Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub”.

NewsBureau xəbər verir ki, bu barədə “Azərenerji” ASC məlumat yayıb.

Bildirilib ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.

Digər xəbərlər