Ermənistan Gəncəyə raket atıb: 7 nəfər həlak olub, 34 nəfər yaralanıb

 Ermənistan Gəncəyə raket atıb: 7 nəfər həlak olub, 34 nəfər yaralanıb

11 Oktyabr, 2020 | 11:34

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

NewsBureau xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Nəticədə 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Digər xəbərlər