Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub

 Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub

10 Oktyabr, 2020 | 12:07

Bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Atəşkəs Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün elan edilib.

Qeyd edək ki, bu barədə razılıq 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşündə əldə olunub.

Digər xəbərlər