Ərdoğan Azərbaycan və Gürcüstana dəstək ifadə edib

 Ərdoğan Azərbaycan və Gürcüstana dəstək ifadə edib

22 Sentyabr, 2020 | 19:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında çıxışı zamanı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə dəstək ifadə edib.

NewsBureau xəbər verir ki, dövlət başçısı bölgədə davam edən münaqişələrdən danışıb.

R.T.Ərdoğanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülh və sabitliyə ən böyük əngəldir: “Biz bölgədə münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez bir zamanda həllinin tərəfdarıyıq. Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələlərinin BMT və ATƏT-in qətnamələri çərçivəsində həllini dəstəkləyir”.

Digər xəbərlər