Gürcüstandan daha 350 nəfər Azərbaycana çatdırılıb

 Gürcüstandan daha 350 nəfər Azərbaycana çatdırılıb

14 Sentyabr, 2020 | 12:58

Bu gün Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi təşkil olunub.

NewsBureau xəbər verir ki, həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər mənfi nəticə göstərib.

Təxliyə olunanlar arasında Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və digər ölkə vətəndaşları da olub.

Onlar avtobuslarla “Qırmızı körpü” sərhdə-keçid məntəqəsinə çatdırılıblar.

Qeyd edək ki, indiyədək Gürcüstandan Azərbaycana 2 mindən çox şəxs təxliyə edilib.

Digər xəbərlər