Azərbaycandan 2 500-ə yaxın Gürcüstan vətəndaşı təxliyə olunub

 Azərbaycandan 2 500-ə yaxın Gürcüstan vətəndaşı təxliyə olunub

14 Sentyabr, 2020 | 17:20

Bu ilin iyulundan bu günə qədər Gürcüstan 2 500-ə yaxın vətəndaşını Azərbaycandan təxliyə edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Gürcüstana qayıtmaq istəyən vətəndaşların səfirliyin konsulluq xidmətində qeydiyyatı davam etdirilir.

Gürcüstanda təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının ölkəyə getmələri ilə bağlı müraciətlərinə də baxılır.  

Digər xəbərlər