Gürcüstanın 245 vətəndaşı Azərbaycana təxliyə olunacaq

 Gürcüstanın 245 vətəndaşı Azərbaycana təxliyə olunacaq

13 Sentyabr, 2020 | 13:22

Sabah Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq.

NewsBureau xəbər verir ki, həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə olunanlar bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı müayinədən keçiblər. Testlərin cavabı sabah səhər açıqlanacaq.

COVID-19 aşkarlanmayan şəxslərə 48 saat qüvvədə olacaq arayış veriləcək. Onlar sabah səhər səfirliyin binası qarşısından xüsusi ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Səfirlikdən bildirilib ki, təxliyə siyahısında yeni dəsr ilinin başlaması ilə əlaqədar olaraq Azərbaycana qayıtmalı olan uşaqlar və onların yaxın ailə üzvləri çoxluq təşkil edir.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxsin təxliyəsi təmin edilib. /Report/

Digər xəbərlər