Türkiyədə hər yerdə maska taxmaq məcburi olub

 Türkiyədə hər yerdə maska taxmaq məcburi olub

8 Sentyabr, 2020 | 16:45

Türkiyənin Daxili İşlər Nazirliyi ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün yeni qabaqlayıcı tədbir barədə qərar qəbul edib.

NewsBureau xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qərara əsasən, ölkə ərazisində vətəndaşlar üçün bütün yerlərdə (ictimai, prospekt, küçə, park, bağ, piknik, çimərlik, ictimai nəqliyyat, iş yeri, fabriklər və s.) tibbi maska taxmaq məcburi olub.

Bu qayda bütün Türkiyə ərazisində –  81 əyalətdə tətbiq olunacaq.  

Qeyd edək ki, Türkiyədə indiyədək COVID-19-dan 6 730 nəfər vəfat edib. Ölkədə virusa ümumi yoluxma göstəricisi 281 min nəfərdən çoxdur, 252 min nəfər isə sağalıb.

Digər xəbərlər