İstanbulda terror aktı hazırlayan İŞİD döyüşçüsü tutulub

 İstanbulda terror aktı hazırlayan İŞİD döyüşçüsü tutulub

25 Avqust, 2020 | 11:48

İstanbulda İŞİD terror təşkilatının döyüşçüsü saxlanılıb.

NewsBureau xəbər verir ki, bu barədə CNN Turk məlumat yayıb.

Polis Departamentinin Terrorizm əleyhinə şöbəsinin əməkdaşları müəyyən ediblər ki, saxlanılan kişi İstanbula digər şəhərdən gəlib və terror aktı həyata keçirməyə hazırlaşıb.

Döyüşçü xüsusi əməliyyat nəticəsində tutulub. Onun qaldığı otel otağında axtarış zamanı uzunlüləli tüfəng, 5 parton darağı və 150 patron aşkarlanıb.  

Digər xəbərlər