XİN başçısı: “Azərbaycan-Türkiyə birliyi əbədidir”

 XİN başçısı: “Azərbaycan-Türkiyə birliyi əbədidir”

11 Avqust, 2020 | 17:11

“Azərbaycan xalqı və dövləti, Türk xalqı və dövlətinin yanındadır. Bizim birliyimiz əbədidir və gələcəyimizi bu zəmin üzərində qururuq”.

NewsBureau xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi birifinqdə o, Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini bildirib:

“Bu dəstəyə sonuncu dəfə iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan ordusunun hərbi təxribatları zamanı şahid olduq”.

XİN başçısı qeyd edib ki, bölgədə dayanıqlı barışığa əsas əngəl Ermənistanın işğalçılıq siyasətidir.  

Digər xəbərlər