Gürcüstan partlayıcı dolu yük maşınlarını Ermənistana buraxmır?

 Gürcüstan partlayıcı dolu yük maşınlarını Ermənistana buraxmır?

4 Avqust, 2020 | 21:25

“Artıq iki həftəyə yaxındır Gürcüstan tərəfi Rusiyadan Ermənistana gedən yük maşınlarının sərhədi keçməsinə icazə vermir”.

NewsBureau xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Aravot” qəzetinin məlumatına əsasən, sərhəddə gözləyən yük maşınları Rusiya istehsalı olan və dağ-mədən sənayesi, yol tikintisndə istifadə olunan partlayıcı vasitələrlə doludur.

Maşınlar Larsda Rusiya tərəfində bütün prosedurları keçsələr də, Gürcüstan tərəfi yüklərin sərhədi keçməsini qadağan edir.

Yükləri Rusiyanın “Promsintez” şirkəti Ermənistanın “Geopromining” şirkəti üçün göndərib. Bu il yük dolu 40 maşın Ermənistana problemsiz daxil olub.

“Promsintez” şirkəti Gürcüstan tərəfinə məsələ ilə bağlı müraciət etsə də, hələ cavab alınmayıb.

Şirkətdən qeyd olunub ki, yüklərin Gürcüstandan Ermənistana daxil olması ilə bağlı ilk dəfədir belə problem yaşanır.

Digər xəbərlər