Azərbaycan və Türkiyə birgə genişmiqyaslı hərbi təlim keçirəcək

 Azərbaycan və Türkiyə birgə genişmiqyaslı hərbi təlim keçirəcək

27 İyul, 2020 | 16:41

Azərbaycan ilə Türkiyə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirəcəklər.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları artıq Naxçıvandadır.

Digər xəbərlər