• 10.08.2020

İlham Əliyev: “Qonşu ölkələrdəki azərbaycanlıların rahat yaşaması Azərbaycan üçün çox önəmlidir”

 İlham Əliyev: “Qonşu ölkələrdəki azərbaycanlıların rahat yaşaması Azərbaycan üçün çox önəmlidir”

17 İyul, 2020 | 13:11

“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri strateji xarakter daşıyır”.

NewsBureau xəbər verir ki, bunu ölkə prezidenti İlham Əliyev ötən gün bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlər Azərbaycan üçün prioritetdir: “Bu münasibətlər çox sağlam zəmində qurulub. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir”.

Dövlət başçısı qeyd edib ki, qonşu ölkələrdə yaşayan azərbaycanlılar bu münasibətlərdə xüsusi yer tutur:  “Onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət – bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır”.

Digər xəbərlər