Ərdoğan: “Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcək”

 Ərdoğan: “Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcək”

17 İyul, 2020 | 17:41

“Türkiyə qardaş Azərbaycanı Ermənistanın təxribatı ilə üz-üzə qoymayacaq”.

NewsBureau xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupu artıq 25-30 ildir münaqişənin həllinə nail ola bilmir:

“Azərbaycan torpaqları hələ də işğal altındadır. Sülh prosesinin nəticəsizliyi bu cür təxribatlara əsas yaradır. Ermənistan daimi olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə məruz qoyur”.

Türkiyə lideri azərbaycanlı həmkarı İlham Əliyevlə daima əlaqə saxladığını qeyd edib.

Digər xəbərlər