Azərbaycanın XİN başçısı vəzifəsindən azad olunub

 Azərbaycanın XİN başçısı vəzifəsindən azad olunub

16 İyul, 2020 | 15:43

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad edilib.

NewsBureau xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Ceyhun Bayramov xarici işlər naziri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Məmmədyarov 2004-cü ildən XİN başçısı olub. C.Bayramov isə bu vaxta qədər təhsil naziri idi.

Digər xəbərlər