• 28.05.2020

Türkiyə Gürcüstan vətəndaşları üçün sərhədlərini açır

 Türkiyə Gürcüstan vətəndaşları üçün sərhədlərini açır

16 May, 2020 | 20:00

Türkiyə mayın 20-dən etibarən 31 ölkənin vətəndaşı üçün sərhədlərini açacaq.

NewsBureau xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Xarici ölkə vətəndaşları Türkiyəyə yalnız tibb müəssisələrində müalicə məqsədilə səfər etməlidirlər.

Türkiyə hökumətinin qərarı İraq, Liviya, Azərbaycan, Yunanıstan, Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan, Türkmənistan, Moldova, Qırğızıstan, Cibuti, Qətər, Almaniya, Böyük Britaniya və Niderlanda aid edilir.

Türkiyənin sərhədlərini yalnız koronavirusla bağlı testi mənfi nəticə verən şəxslər keçə biləcəklər.

Müalicə üçün Türkiyəyə getmək istəyən şəxslərə bu xəstəliklər üzrə xidmətlər göstəriləcək: ortopediya, travmatologiya, ümumi cərrahiyyə, uşaq cərrahiyəsi, urologiya, göz xəstəlikləri, kardiologiya, onkologiya, neyrocərrahiyyə, hematologiya, reproduktiv terapiya, orqan və sümük iliyinin köçürülməsi.

Digər xəbərlər