• 28.05.2020

Azərbaycan sərhədlərini nə vaxt açacaq?

 Azərbaycan sərhədlərini nə vaxt açacaq?

13 May, 2020 | 19:18

Mayın 31-dək Azərbaycana gediş-gəlişin dayandırılması barədə hökumətin qərarı qüvvədədir.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, həmin tarixdən sonra sərhədlərin açılıb-açılmayacağı barədə qəbul ediləcək qərar Azərbaycanda virusun yayılmasından, bölgədəki epidemioloji vəziyyətin inkişafından asılı olacaq: “Mayın 31-dən sonra sərhədlərin açılıb və ya açılmaması barədə müvafiq qərar veriləcək. Sərhədlər açılacaqsa, yəqin ki, birinci növbədə, bu, qonşu ölkələrlə qarşılıqlı formada olacaq”.

L.Abdullayeva konkret ölkələrin adlarını çəkməyin düzgün olmadığını qeyd edib.

Digər xəbərlər